"On mindən artıq təhsilalanın tələbə təhsil kreditindən yararlanacağı proqnozlaşdırılır" - Emin Əmrullayev

13:23 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

On mindən artiq təhsilalanın tələbə təhsil kreditindən yararlanacağı proqnozlaşdırılır.

Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında söyləyib. Nazir ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək hədəflərdən danışıb, bu sahədə Azərbaycan Prezidentınin təsdiq etdiyi dövlət proqramlarının, imzaladığı fərman və sərəncamların həmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, sertifikasiyanı keçirməkdə məqsəd müəllimlərin bilik və bacarıqlarını müəyyən etməkdir. İlk mərhələdə ümumilikdə müəllimlərimizin 78 faizi uğur qazanıb. 5597 müəllim müsahibədən keçərsə, maaşa olan əlavələrini ala biləcəklər.